Braziliya prokurorluğu iğtişaşçılara qarşı 39 iddia hazırlayır

Braziliya prokurorluğu iğtişaşçılara qarşı 39 iddia hazırlayır
# 17 yanvar 2023 03:53 (UTC +04:00)

Braziliyanın Baş Prokurorluğu saxlanılan iğtişaşçılara qarşı 39 ittiham aktı hazırlayıb.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Auqusto Aras məlumat verib.

"Cümə gününə qədər biz yeni iddiaları mümkün həbs tədbirləri ilə əlaqələndirəcəyik", - Aras bldirib.

İttihamlar Braziliyada ictimai binalarda quldurluq və vandalizm aktları törəədənlərə şamil olunacaq.

Yanvarın 8-də seçkidə uduzan keçmiş prezident Bolsonaronun tərəfdarları paytaxtdakı Konqresin binasını və digər dövlət obyektlərini ələ keçirsələr də, sonradan təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə ala biliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR