Braziliyada leysan yağışları bir gündə 10 nəfərin həyatına son qoyub

Braziliyada leysan yağışları bir gündə 10 nəfərin həyatına son qoyub
# 12 yanvar 2022 03:14 (UTC +04:00)

Braziliyanın Minas-Jerays ştatının cənub-şərqində son sutka ərzində yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “UOL” portalı xilasedicilərə istinadən məlumat yayıb.

Beləliklə, oktyabrın 1-dən regionda yağış mövsümü başlayandan təbii fəlakət qurbanlarının ümumi sayı 19-a çatıb.

3,5 minə yaxın insan evsiz qalıb, 14 minə yaxın insan təxliyə edilib. Güclü yağışlar, daşqınlar və sellər ştatda 112 magistral yolun bağlanmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR