Braziliyada mer iş yerində güllənərək öldürülüb

Braziliyada mer iş yerində güllənərək öldürülüb
# 25 noyabr 2022 08:51 (UTC +04:00)

Braziliyanın Lajeado du-Buqre şəhərinin meri Robert Masiela dos Santos iş yerində güllələnib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Merin mühafizəçilərinin sözlərinə görə, maskalı və silahla naməlum şəxs Santosun ofisinə girərək atəş açıb.

Daha sonra atəş açan şəxs avtomobilə minib qaçıb.

Məmur yerindəcə dünyasını dəyişib.

Bundan əlavə, hücumçunun şəhər administrasiyasının əməkdaşına da atəş açdığı qeyd edilir.

Zərərçəkmiş güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR