Braziliyada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.
APA xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Bildirlir ki, yoluxmuş şəxs bir gün əvvəl İspaniyaya səfər edərkən Portuqaliyadan keçib.
San-Pauludan olan 41 yaşlı xəstə hazırda Yoluxucu Xəstəliklər İnstitutunda karantindədir.
Regional səhiyyə idarəsindən verilən məlumata görə, kişidə ilk simptomlar - hərarət və əzələ ağrıları mayın 28-də yaranıb.