Braziliyada Rio karnavalının vaxtı dəyişdirilib

Braziliyada Rio karnavalının vaxtı dəyişdirilib
# 23 yanvar 2022 08:19 (UTC +04:00)

Koronavirusun yeni dalğasının yayılmasına görə Braziliyada ənənəvi Rio karnavalı təxirə salınıb.

APA-nın xəbərinə görə, hər il fevralın ortalarında keçirilən karnaval aprelin 21-nə keçirilib.

Rio-de-Janeyro və San Paulu şəhərlərinin merlərinin birgə bəyanatında göstərilir ki, ölkədəki mövcud sanitar vəziyyət nəzərə alınaraq karnaval aprel ayınadək təxirə salınıb.

Qeyd edək ki, Braziliya Covid-19-dan ölüm göstəricisinə görə dünyada ikinci yerdədir. Rəsmi məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 623 000 nəfərdir. Ekspertlər real rəqəmin bundan bir neçə dəfə çox olduğu qənaətindədirlər.
Xatırladaq ki, Rio festivalı zamanı Braziliya büdcəsinə qısa müddətdə külli miqdarda vəsait daxil olur. Karnavalın keçirildiyi dövrdə Rio-de-Janeyroda 70 mindən çox müvəqqəti iş yeri yaranır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR