Braziliyada seçki məntəqələrində odlu silah daşımaq qadağan edilib

Braziliyada seçki məntəqələrində odlu silah daşımaq qadağan edilib
# 31 avqust 2022 06:10 (UTC +04:00)

Braziliyanın Ali məhkəməsi 2 oktyabrda keçiriləcək prezident seçkiləri zamanı seçki məntəqələrinə silahla girişə qadağa qoyub.

APA-nın Le Matin saytına istinadla xəbərinə görə, seçki məntəqəsinin 100 metr radiusunda seçkidən 48 saat əvvəl və 24 saat sonra hər növ odlu silah gəzdilirlməsi qadağan edilir. Eyni qərar 30 oktyabrda keçiriləcək ikinci tura da şamil edilir.

Məhkəmənin qərarında göstərilir ki, məqsəd seçiciləri və namizədləri qorumaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR