Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub

Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub
# 29 may 2022 01:17 (UTC +04:00)

Son sutka ərzində leysan və torpaq sürüşməsi 30-dək insanın həyatına son qoyub.

APA-nın xəbərinə görə, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb.

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.

Yerli medianın xəbərinə görə, aramsız yağışlar minədək insanın təxliyə olunması ilə nəticələnib. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR