Braziliyadakı seçkilərdə Lula da Silva və Bolsonaro ikinci tura keçiblər

Braziliyadakı seçkilərdə Lula da Silva və Bolsonaro ikinci tura keçiblər
# 03 oktyabr 2022 09:50 (UTC +04:00)

Braziliyadakı prezident seçkilərində Luis İnasiu Lula da Silva və Jair Bolsonaro ikinci tura keçiblər.

APA “Politico”ya istinadən xəbər verir ki, bazar günü keçirilmiş seçkilərdəki səslərin 98.8 faizi hesablanıb.

Nəticə etibarı ilə Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula səslərin 48.1 faizini, hazırkı prezident Jair Bolsonaro isə 43.5 faizini qazanıb.

Onlardan heç biri prezident postuna seçilmək üçün kifayət qədər dəstək almadıqları üçün mübarizəni ikinci turda davam etdirməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR