Brazilya Prezidenti Baydenlə görüşəcək

Brazilya Prezidenti Baydenlə görüşəcək
# 01 fevral 2023 04:48 (UTC +04:00)

Brazilya Prezidenti Luiz İnasio Lulu da Silva ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Qeyd olunub ki, görüş fevralın 10-a planlaşdırılıb.

Bildirilib ki, prezidentlər ABŞ-ın Braziliyada demokratiyaya dəstəyini, həmçinin regionda və dünyada inklüzivliyi və demokratik dəyərləri təşviq etmək yollarını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR