Britaniya və ABŞ innovativ iqtisadi tərəfdaşlıq haqqında razılığa gəliblər

Britaniya və ABŞ innovativ iqtisadi tərəfdaşlıq haqqında razılığa gəliblər
# 08 iyun 2023 23:09 (UTC +04:00)

Britaniya və ABŞ innovativ iqtisadi tərəfdaşlıq haqqında razılığa gəliblər.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu gün Ağ Evdə Britaniyanın Baş Naziri Rişi Sunak və ABŞ Prezidenti Co Bayden iqtisadi təhlükəsizliyi gücləndirmək üçün yeni “Atlantika Bəyannaməsi” adlanan tərəfdaşlıq haqqında razılığa gəliblər.

Baş nazirliyin ofisindən verilən məlumatda bildirilib ki, bu zəmanəmizin ən böyük iqtisadi çağırışları üzrə əməkdaşlıq üçün yeni fəaliyyət planıdır.

Bəyannamə Böyük Britaniya-ABŞ arasındakı yaxın münasibətləri əks etdirir və hər iki ölkəyə daha dərindən əməkdaşlıq etməyə imkan verəcək yeni yanaşma müəyyənləşdirir.

Yeni fəaliyyət planı Böyük Britaniya və ABŞ-in təchizat zəncirlərini gücləndirməsini, gələcəyin texnologiyalarını inkişaf etdirməsini və bir-birinin sənayesinə sərmayə qoymasını əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR