Britaniyalı aktyor Kaliforniya dağlarında itkin düşüb

Culian Sands

© APA | Culian Sands

# 19 yanvar 2023 09:52 (UTC +04:00)

"Cadugər” (The Warlock) filmində sehrbaz-cani rolu ilə tanınan britaniyalı aktyor Culian Sands ABŞ-da Kaliforniya dağlarında yoxa çıxıb.

APA “The Guardian”a istinadən xəbər verir ki, bu barədə San Bernardino dairəsinin şerifi bildirib.

Məlumata görə, 65 yaşlı Sands Kaliforniyanın cənubunda dağlarda itkin düşən iki turistdən biridir və hazırda onların axtarışları davam edir.

Qeyd edək ki, aktyor “The Warlock” filmindən başqa, həmçinin tamaşaçılara “A Room with a View” və “Leaving Las Vegas” kimi filmlərlə də tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR