Çavuşoğlu: "20 ildir can Azərbaycan və Axısqa türklərinə xidmət edirəm"

Çavuşoğlu: "20 ildir can Azərbaycan və Axısqa türklərinə xidmət edirəm"
# 20 yanvar 2023 00:59 (UTC +04:00)

Can Azərbaycan və Axısqa türklərinə də xidmət etmək üçün 20 ildir ki, özümü səfərbər etmişəm.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində Hyuston şəhərindəki Türk vətəndaşlarla görüşü zamanı bildirib.

“Axısqa türklərinin sürgün hekayəsini bir dəfə oxuduqdan sonra o ağrını qəlbimdə hər zaman hiss edirəm. 20 illik siyasi fəaliyyətimdə ölkəmə, millətimə xidmət etmək bir şərəfdir. Amma bir tərəfdən Axısqa türkləri, digər tərəfdən də can Azərbaycana da xidmət etmək üçün 20 ildir özümü səfərbər etmişəm”, - deyə o qeyd edib.

Çavuşoğlu, İkinci Dünya Müharibəsindən sonra Stalin tərəfindən sürgün edilən Axısqa türklərinin bir qisminin Azərbaycanda məskunlaşdığını da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR