Çavuşoğlu ABŞ-da Blinkenlə görüşəcək

Çavuşoğlu ABŞ-da Blinkenlə görüşəcək
# 11 may 2022 13:22 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, bu barədə TRT Haber diölomatik mənbəyə istinadən məlumat yayıb.

Mayın 18-də baş tutacaq səfər çərçivəsində Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Çavuşoğlu və Blinken strateji mexanizm çərçivəsində tərəfdaşlıq məsələlərini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR