Çikaqoda atışma zamanı 4 nəfər yaralanıb

Çikaqoda atışma zamanı 4 nəfər yaralanıb
# 24 dekabr 2021 06:40 (UTC +04:00)

ABŞ-ın Çikaqo şəhərindəki ticarət mərkəzlərinin birində atışma zamanı 4 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə şəhər polis idarəsinin nümayəndəsi məlumat verib.

Polis rəsmisi bildirib ki, 4 tanışın bir birinə atış açması nəticəsində onlar hamısı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, ticarət mərkəzi isə müvəqqəti olaraq bağlanıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə isə, atışma 2 cinayətkar qruplaşma arasında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR