Çilidə Pinoçet dövrünün konstitusiyası dəyişdirilir

 Çilidə Pinoçet dövrünün konstitusiyası dəyişdirilir
# 04 sentyabr 2022 08:03 (UTC +04:00)

Çilidə yeni konstitusiyaya dair səsvermə keçirilir.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, səsvermə hüququ olan 13 milyon nəfər bu gün yeni konstitusiya layihəsinə münasibət bildirəcək.

1980-ci ildə Avqusto Pinoçetin hakimiyyəti dövründə qəbul edilmiş konstitusiyaya çox sayda dəyişiklik edilsə də, əksəriyyət Əsas Qanunun inkişafa mane olduğu qənaətində idi.

Yeni Konstitusiya layihəsində dövlət əhalinin təhsil və səhiyyə hüququna zəmanət verir, yerli xalqların hüquqlarını tanıyır. Bununla belə, yeni əsas qanunun tərəfdarları ilə yanaşı əleyhidarları da kifayət qədər çoxdur.

Yeni konstitusiya tərəfdarları qalib gələcəyi təqdirdə Əsas qanun səsvermədən 10 gün sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR