Çilidə prezident seçkilərinin yekun nəticəsi açıqlanıb

Qabriel Boriç

© APA | Qabriel Boriç

# 28 dekabr 2021 10:28 (UTC +04:00)

Çilidə prezident seçkilərinin yekun nəticəsi elan olunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Çili Mərkəzi Seçki Komissiyası səslərin 100%-nin hesablanmasından sonra solçu koalisiyanın namizədi Qabriel Boriçin seçkilərdə qələbə qazandığını elan edib.

Rəsmi məlumatlara görə, seçicilərin 55,87%-i səsini Boriçə, 44,13%-i isə səsini Respublika Partiyasının namizədi Xose Antonio Kastaya verib.

35 yaşlı Boriç ölkə tarixinin ən gənc Prezidenti olacaq. Onun inauqurasiya mərasimi 2022-ci il martın 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR