Çin ABŞ-ın Ukrayna münaqişəsindəki planlarını açıqlayıb

Çin ABŞ-ın Ukrayna münaqişəsindəki planlarını açıqlayıb
# 18 aprel 2022 08:00 (UTC +04:00)

“ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”.

APA xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzetindəki məqalədə dərc olunub.

Qeyd olunur ki, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib.

Bunun üçün ABŞ bütün səylərini səfərbər edib.

Məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir.Hazırda silah şirkətlərinin səhmləri yüksək göstəricilərə malikdir.

Bundan əlavə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR