Çin lideri Baydenə Tayvana görə xəbərdarlıq edib: “Odla oynayan özünü yandıracaq” - YENİLƏNİB1

Si Cinpin, Co Bayden

© APA | Si Cinpin, Co Bayden

# 28 iyul 2022 22:52 (UTC +04:00)

Çin Sədri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Çin Sədri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.

“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.

***

Saat 22:24

Çin və ABŞ hökumətlərarası işçi qrupu arasında əlaqələr bundan sonra da davam edəcək.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Çin Sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasındakı hökumətlərarası işçi qrupunda əlaqələri davam etdirmək barədə razılıq əldə olunub.

“İki ölkə liderləri Çin və ABŞ işçi qrupları ilə dialoqu və əməkdaşlığı bundan sonra da davam etdirmək barədə razılıq əldə edib”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Nazirliyin məlumatına görə, Si Cinpin və Bayden arasında səmimi və hərtərəfli söhbət olub.

Liderlər həmçinin Tayvan məsələsini müzakirə edib.

Birləşmiş Ştatlar Tayvandakı vəziyyətlə bağlı birtərəfli addımlara qarşıdır.

ABŞ Prezidenti Tayvanala bağlı məsələdə ölkəsinin siyasəti dəyişməyəcəyini deyib.

“Birləşmiş Ştatlar status-kvonun dəyişdirilməsinə və ya Tayvan boğazında sülh və sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli səylərə qəti şəkildə qarşıdır”, - deyə Bayden vurğulayıb.

İki saatlıq söhbət zamanı liderlər Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Çin Sədri bu məsələ ilə bağlı prinsipial mövqeyini ifadə edib.

***

Saat 19:44

ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, telefon danışığı iki saatdan çox davam edib.

Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin bildirdiyinə görə Bayden Çin lideri ilə bir sıra məsələlərlə yanaşı Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR