CNN-in Nikaraquada yayımı dayandırılıb

CNN-in Nikaraquada yayımı dayandırılıb
# 24 sentyabr 2022 04:23 (UTC +04:00)

Nikaraqua hökuməti CNN televiziyasının ölkədə yayımını dayandırıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Vitse-prezident Rozali Murillo bildiriblər ki, CNN-in ispan dilindəki yayımı ölkənin suverenliyinə ziddir. Bu səbəbdən kanalın ölkədə yayımına icazə verilən televiziyalar siyahısından çıxarılmasına qərar verilib.

CNN kanalı bildirib ki, ispan dilindəki yayım internet üzərindən davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR