CNN müxbirləri San-Fransiskoda reportaj hazırlayarkən qarət edilib

CNN müxbirləri San-Fransiskoda reportaj hazırlayarkən qarət edilib
# 20 mart 2023 08:44 (UTC +04:00)

San-Fransiskoda artan cinayət problemini işıqlandırmaq üçün şəhərə gələn Amerikanın CNN telekanalının çəkiliş qrupu qarət edilib.

APA-nın məlumatına görə, bu barədə telekanalın müxbiri Kyunq La öz Tvitter hesabında məlumat verib.

Kyunq La avtomobilinin sınmış arxa şüşəsinin bir neçə foto və videosunu yayımlayıb.

Müxbirin dediyinə görə, o, CNN prodüseri ilə müsahibə üçün meriyaya gələrkən onların icarəyə götürdüyü avtomobili qarət ediblər.

O, qeyd edib ki, jurnalistlərin 2 avtomobilinə nəzarət etməli olan mühafizəçilər oğruların avtomobildən əşyalarını oğurlamasına ola bilməyiblər. Hər şey “dörd saniyədən az vaxt ərzində” baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR