Co Bayden: İran Yaxın Şərqdə sabitliyi pozur

Co Bayden: İran Yaxın Şərqdə sabitliyi pozur
# 16 iyul 2022 18:21 (UTC +04:00)

“İran Yaxın Şərq regionunda qeyri-sabitliyə səbəb olur və biz buna imkan verməyəcəyik”.

APA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden bu gün Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı deyib.

“Biz istəyirik ki, İran region ölkələri ilə əməkdaşlıq etsin, beynəlxalq hüququn prinsiplərinə əməl etsin və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etsin” - deyə o, əlavə edib.

Bayden bildirib ki, ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

“ABŞ İranın nüvə proqramına təzyiq göstərmək üçün diplomatik səylərini davam etdirir və biz rəsmi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırıq” - Ağ ev rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR