Co Bayden Nyu-Yorkda Salman Rüşdiyə edilən hücumdan şoka düşüb

Co Bayden

© APA | Co Bayden

# 14 avqust 2022 01:44 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden Nyu-Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan şoka düşdüyünü bildirib.

APA-nın məlumatına görə, bu barədə ABŞ prezidentinin rəsmi bəyanatında deyilir.
“Birinci xanım və mən Salman Rüşdiyə vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik”, - deyə prezident bildirib.

Bayden yazıçının sağlamlığı üçün dua etdiyini də vurğulayıb və hücumdan sonra Rüşdiyə kömək edən hər kəsə təşəkkürünü bildirib.

Sonda prezident yazıçının cəsarətini qeyd edib və bildirib ki, Rüşdi öz yaradıcılığı ilə həqiqəti və müqaviməti müdafiə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR