Con Kirbi: “Türkiyənin terror təhlükəsinə qarşı özünü müdafiə etmək hüququ var”

Con Kirbi: “Türkiyənin terror təhlükəsinə qarşı özünü müdafiə etmək hüququ var”
# 29 noyabr 2022 02:21 (UTC +04:00)

“Türkiyənin terror təhlükəsinə qarşı özünü müdafiə etmək hüququ var”.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi mətbuat konfransında bildirib.

O deyib ki, son zamanlar Türkiyənin müxtəlif bölgələrində və Suriya sərhədində terrorun qurbanı olan insanlar var.

“Türkiyənin özünü və vətəndaşlarını hücumlara qarşı müdafiə etmək hüququ var. Eyni zamanda, bölgədə gərginliyin azaldılmasını istəyirik və daha çox mülki vətəndaşın ölümünə səbəb olacaq hər hansı bir hərəkəti görmək istəmirik. Biz bunu davam etdiririk”, - deyə Kiribi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR