Donald Tramp Avropaya qoşun göndərmək fikrini tənqid edib - VİDEO

Donald Tramp

© APA | Donald Tramp

# 26 yanvar 2022 20:37 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Ukraynadakı vəziyyətə görə Avropaya qoşun göndərmək ehtimalına münasibət bildirib.

APA-nın xəbərinə görə, məşhur jurnalist Lu Dobbsa müsahibəsi zamanı Tramp bu ideyanı “ağılsızlıq” adlandırıb.

Ukrayna ətrafındakı vəziyyəti şərh edən Tramp bildirib ki, belə bir situasiya onun vaxtında yarana bilməzdi: “Bu NATO-nun problemidir. Son illərdə Rusiya tərəfindən bizə qarşı hörmətsizlik artıb. Onlar bizə baxıb gülürlər”, - deyə sabiq dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR