Tramp özünə milli təhlükəsizlik məsələləri üzrə yeni müşavir təyin edib

Tramp özünə milli təhlükəsizlik məsələləri üzrə yeni müşavir təyin edib
# 18 sentyabr 2019 17:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp özünə milli təhlükəsizlik məsələləri üzrə yeni müşavir təyin edib.

APA-nın xəbərinə görə, D. Tramp özünün “Twitter” səhifəsində milli təhlükəsizlik məsələləri üzrə yeni müşavirinin adını açıqlayıb.

“Hazırda Dövlət Departamentində Girov Məsələləri üzrə Prezidentin Xüsusi Nümayəndəsi kimi çalışan Robert Obraynı milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin etdiyim üçün məmnunam. Robert ilə uzun müddət çalışmışam. O əla iş görəcək!” - Tramp qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti D. Tramp xidmətlərinin lazım olmadığını əsas gətirərək milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR