Tramp prezidentliyi dövründə 5 milyard dollar itirdiyini bəyan edib

Tramp prezidentliyi dövründə 5 milyard dollar itirdiyini bəyan edib
# 14 avqust 2019 12:25 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp prezident olduğu müddətdə 5 milyard dollar itirdiyini bəyan edib.

APA-nın “NBC News”a istinadən verdiyi xəbərə görə, D. Tramp tez-tez məhkəməyə verilməsi səbəbindən əsasən vəkillərin xidmətinə görə pul ödədiyini deyib.

“Prezidentlik mənə çox baha başa gəlib. Çox güman ki, 3 milyard dollardan 5 milyarda qədər itirmişəm. Lakin çox möhtəşəm iş gördükdə, bu, o qədər də əhəmiyyətli deyil”, - deyə ABŞ Prezidenti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR