Dövlət Departamenti: ABŞ və Türkiyə "F-16" qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirir

Dövlət Departamenti: ABŞ və Türkiyə "F-16" qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirir
# 16 avqust 2022 08:28 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankaranın Türkiyəyə “F-16” qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

“Türkiyə NATO-nun müttəfiqi kimi mühüm rol oynamalıdır. Biz birbaşa Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Biz də onlar kimi Türkiyəni NATO ilə, NATO-nun müasir hərbi texnikası ilə uyğunlaşdırmağa yönəlmişik. Bu proses davam edir", - deyə N.Prays bildirib.

O, Türkiyə hərbi heyətinin Vaşinqtona gəlişi barədə məlumata şərh verməyib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR