Dövlət Departamenti: İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir

Ned Prays

© APA | Ned Prays

# 28 yanvar 2022 05:20 (UTC +04:00)

İran hələlik nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair ABŞ-la birbaşa danışıqlara razılıq vermir.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi növbəti brifinqdə deyib.

“Anladığımız qədər, İran hələ ki, birbaşa danışıqlara razılıq verməyib, lakin biz hesab edirik ki, üzbəüz görüşə hazır olmalıyıq”, deyə Prays bildirib.

Onun sözlərinə görə, birbaşa əlaqə məsələnin müsbət həllini sürətləndirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR