Dünya ölkələrinin hərbi xərcləri 2 trilyon dolları keçib

Dünya ölkələrinin hərbi xərcləri 2 trilyon dolları keçib
# 25 aprel 2022 03:40 (UTC +04:00)

2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri 2, 113 trilyon dollar olub.

APA-nın xəbərinə görə, bu rəqəm Stokholm Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) hesabatında əks olunub.

Sənəddə göstərilir ki, ən böyük hərbi büdcəyə malik ölkələr ABŞ, Çin, Hindistan, Britaniya və Rusiyadır. Dünyanın ümumi hərbi xərclərinin 62%-i bu ölkələrin payına düşür. Artıq 7 ildir ardıcıl olaraq dünyada hərbi xərclər artır.

Sənəddə göstərilir ki, ötən il ABŞ-ın hərbi büdcəsi 801 milyard, Rusiyanın isə 65,9 milyard dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR