Dünyada ötən ay koronavirusa yoluxmada artım olub

Dünyada ötən ay koronavirusa yoluxmada artım olub
# 02 may 2022 09:07 (UTC +04:00)

Dünyada aprel ayında mart ilə müqayisədə iki dəfə çox koronavirusa yoluxma halı aşkarlanıb.

APA TASS-a istinadən xəbər verir ki, ötən ay yoluxma hallarının sayı təxminən 24 milyon nəfər artıb.

Bu, mart ayı ilə müqayisədə iki dəfə çoxdur.

Eyni zamanda, ölüm də yarıya enib və 2020-ci ilin yazından bəri ən aşağı səviyyədə olub.

Ötən ay dünyada təxminən 88 min insan koronavirusdan dünyasını dəyişib.

Ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb.

Bu ölkədə 3,8 milyona yaxın insanda yoluxma halı aşkar edilib.

Lakin bu, bir ay əvvəlki ilə müqayisədə 2,5 dəfə azdır.

Əgər aprelin əvvəlində ölkədə 280 minə yaxın xəstə qeydə alınmışdırsa, indi bu, 50 mindən azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR