Ekvador həbsxanasında iğtişaş 15 nəfərin ölümünə səbəb olub

Ekvador həbsxanasında iğtişaş 15 nəfərin ölümünə səbəb olub
# 04 oktyabr 2022 08:49 (UTC +04:00)

Ekvadorda həbsxanada toqquşma olub.

APA “Diario Expreso” qəzetinə istinadən xəbər verir ki, qarşıdurmada azı 15 nəfər öldürülüb, 20 nəfər yaralanıb.

Polis artıq cəzaçəkmə müəssisəsindəki vəziyyəti nəzarətə götürüb.

Qeyd olunub ki, qarşıdurma narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulmasında ittiham olunan məhbuslardan birinin cəzaçəkmə müəssisəsinin ərazisində öldürülməsindən sonra baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR