Ekvadorda güclü zəlzələ baş verib

Ekvadorda güclü zəlzələ baş verib
# 15 iyul 2022 04:23 (UTC +04:00)

Ekvadorda 6 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, zəlzələnin episentri Quayas əyalətində yerin 57,83 kilometr dərinliyində baş verib.

Tələfat və ya dağıntılar barədə hələlik məlumat yoxdur.

Zəlzələ nəticəsində bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilələr yaranıb.

Yeraltı təkanlar paytaxt Kito, Kuenka, Quayakil, Samborondon, Duran şəhərlərində də hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR