Ekvadorda torpaq sürüşməsi nəticəsində 64 nəfər itkin düşüb

Ekvadorda torpaq sürüşməsi nəticəsində 64 nəfər itkin düşüb
# 28 mart 2023 12:47 (UTC +04:00)

Ekvadorun mərkəzində yerləşən Alausi vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində 64 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə İdarəsi “Twitter”də yazıb.

O bildirib ki, torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb.

“Sürüşmə nəticəsində 7 nəfər ölüb, 23 nəfər yaralanıb, 64 nəfər isə itkin düşüb”, – deyə idarə qeyd edib.

Qeyd edək ki, son məlumatlara əsasən itkin düşənlərin 46 nəfər olması bildirilmişdi.

Təbii fəlakət baş verən əraziyə Ekvador Prezidenti Gilyermo Lasso (Guillermo Lasso) gəlib və yerli icra orqanları nümayəndələri ilə görüşü zamanı bildirib ki, axtarış-xilasetmə əməliyyatları bu gecə ərzində də davam etdiriləcək.

Xatırladaq ki, martın 27-nə keçən gecə baş vermiş güclü torpaq sürüşməsi yaşayış binalarını uçurub və bu zaman təbii fəlakət zonasında ümumilikdə 500 nəfər olub. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təxminən 163 evin dağıldığını və ya zədələndiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR