Entoni Albanese Avstraliyanın 31-ci baş naziri olub

Entoni Albanese

© APA | Entoni Albanese

# 21 may 2022 20:40 (UTC +04:00)

Avstraliyanın yeni baş naziri məlum olub.

APA Avstraliyanın ABC telekanalına istinadən xəbər verir ki, federal parlament seçkilərində qalib gələn Avstraliya İşçi Partiyasının lideri Entoni Albanese ölkənin yeni 31-ci baş naziri olub.

Albanese 1963-cü ildə Sidneydə anadan olub.

26 illik siyasi karyerası olan Entoni Albanese əsasən müxalifətdə təmsil olunub. O, 2007-ci ildə leyboristlərin hakimiyyətə gəlməsindən sonra 6 il hökumətdə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR