Entoni Blinken Dmitri Kuleba ilə danışıb

Entoni Blinken Dmitri Kuleba ilə danışıb
# 13 yanvar 2023 21:44 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinken bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

"Tərəflər Rusiyanın Ukraynaya əsassız işğalının birinci ildönümü ərəfəsində və ondan sonrakı dövrdə təhlükəsizlik və iqtisadi yardımın davam etdirilməsinə diqqət yetiriblər. Dövlət katibi Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı və sarsılmaz dəstəyini vurğulayıb", - deyə Prays bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR