Ərdoğan Venesuelaya səfər edəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 12 iyul 2022 07:54 (UTC +04:00)

Venesuela Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür.

APA-nın xəbərinə görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

“Yaxın günlərdə biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz sevinc hissi ilə hazırlıq işləri görürük. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək” – deyə Maduro missiyası başa çatmış Türkiyə səfirini qəbul edərkən bildirib.

Qeyd edək ki, Maduro ötən iyunda Ankarada səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR