Ərdoğanın sözçüsü ilə Baydenin müşavirinin telefon danışığı olub

Kalın, Sallivan

© APA | Kalın, Sallivan

# 23 iyun 2022 18:35 (UTC +04:00)

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyənin NATO-dakı rolu və alyansa verdiyi töhfələr, NATO-nun Madrid Sammiti, Qara dənizdən Ukrayna taxılının daşınması məsələləri müzakirə olunub.

Bundan əlavə, Türkiyə rəsmisi İsveç və Finlandiyanın terrorla mübarizədə Türkiyənin tələb və gözləntilərini qarşılamalı olduqlarını bildirib. Onun sözlərinə görə, konkret addımlar atılmadan irəliləyişə nail olmaq mümkün olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR