Ermənipərəst amerikalı senatorun qanunsuz hədiyyələr alması ilə bağlı araşdırma aparılır

Ermənipərəst amerikalı senatorun qanunsuz hədiyyələr alması ilə bağlı araşdırma aparılır
# 27 may 2023 13:56 (UTC +04:00)

Federal prokurorluq və Federal Təhlükəsizlik Bürosu ermənipərəst amerikalı senator Robert Menendesin və ya həyat yoldaşının Vaşinqtonda halal ət şirkətindən lüks avtomobil və mənzil hədiyyələri alıb-almadığını araşdırır.

APA "New-York Times"ə istinadən xəbər verir ki, bu barədə araşdırmadan xəbərdar olan iki mənbə bildirib.

Prokurorlarla görüşən vəkilin dediyinə görə, Nyu Cersi ştatından senator olan Demokratlar partiyasının təmsilçisi Menendeslə bağlı aparılan istintaq ət şirkətinin ofislərində və şirkətin prezidentinin evində hökumətin axtarışı ilə bağlıdır.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Menendes müstəntiqlərə kömək etməyə hazır olduğunu söyləyib və onun sözçü senatorun araşdırmanın uğurla tamamlanacağına əmin olduğunu qeyd edib.

Qeyd edək ki, "NBC 4 New York" senator Menendesin hədiyyələr alması ilə bağlı araşdırma ilə bağlı məlumat yayan ilk telekanaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR