Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb

Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb
# 22 sentyabr 2023 18:46 (UTC +04:00)

ABŞ-ın Nyu Cersi ştatından olan ermənipərəst senator Robert Menendezə qarşı federal korrupsiya ittihamı irəli sürülüb.

APA xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Bildirilib ki, Senatın Xarici əlaqələr komitəsinə rəhbərlik edən 69 yaşlı demokrat siyasətçiyə qarşı irəli sürülmüş ittiham aktı Manhettendə federal prokurorlar tərəfindən aparılmış uzun təhqiqatlardan sonra elan edilib.

Manhetten federal məhkəməsində açılmış ittiham aktında senatorun arvadı Nadine Menendez və Nyu Cersidən olan tanınmış daşınmaz əmlakı alqı-satqısı ilə məşğul olan Fred Daibesin, həmçinin Menendezin uzun müddətli dostu, Nyu Cersidə halal ət sertifikatı biznesinin təsisçisi Uael Hana və biznesmen Jose Uribenin adları da qeyd edilib.

Bildirilib ki, Menendez uzun müddətdir ki, federal təhqiqat altında olub. O, daha əvvəl təhqiqatçılara yardım etmək niyyətində olduğunu və məsələnin “uğurla bağlanacağına” əminliyini ifadə edib.

İttiham aktının həm Vaşinqtonda, həm də Nyu Cersidə əks-səda yaradacağına əminlik ifadə olunub.

Qeyd edək ki, bu, senator Menendezə qarşı irəli sürülmüş ilk ittiham deyil. O, daha əvvəl 2015-ci ildə də Nyu Cersili zəngin göz həkimindən Karib adalarında lüks tətillər, seçki kampaniyaları töhfələri də daxil olmaqla, 1 milyon dollar dəyərində “hədiyyələr” almaqda ittiham edilib.

Senatda erməni lobbiçiliyi ilə də məşğul olan Menendez Azərbaycana qarşı qərəzli və əsassız ittihamlar irəli sürməsi ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR