Etirazçılar Ekvador hakimiyyəti ilə razılığa gəliblər

Etirazçılar Ekvador hakimiyyəti ilə razılığa gəliblər
# 01 iyul 2022 03:07 (UTC +04:00)

Ekvadorda iki həftədir davam edən hökumət əleyhinə etirazlarda razılıq əldə olunub.

APA TASS-a istinadən xəbər verir ki, Yerli Xalqların Milli Konfederasiyasının (CONAIE) nümayəndələri hökumətlə bir sıra məqamlarda razılığa gəliblər. Onlar etirazlara son qoymağa qərar veriblər.

“Gündəmdə duran prioritet məsələlər üzrə nəticələrə və irəliləyişlərə nail olan yerli hərəkat rəsmi olaraq milli tətilin birinci mərhələsini başa çatmış hesab edir. 90 gün ərzində razılaşma və öhdəliklərə əməl olunması qiymətləndiriləcək. Mübarizə bizə hüququmuzu qazanmağa imkan verdi. 10 bəndlik milli nəticələr əldə etdik. Kənd və şəhərlərdə iqtisadiyyat, tibb və təhsil sahələrində həssas ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görürük”,- deyə bilidirilib.

Etirazlar zamanı ən azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Etirazçıların əsas tələbi artan cinayətlər fonunda yanacağın qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR