FED əsas faiz dərəcəsini 0-0,25% həddində saxlayıb

FED əsas faiz dərəcəsini 0-0,25% həddində saxlayıb
# 27 yanvar 2022 01:13 (UTC +04:00)

ABŞ-ın Federal Rezerv Sistemi FED əsas faiz dərəcəsini 0-0,25% həddində saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat verilib.

Məlumatda deyilir ki, əməliyyat komitəsi uzunmüddətli perspektivdə məşğulluğu təmin etmək və inflyasiyanı 2% həddində saxlamağa çalışır. Buna görə də komitə federal fondlarda əsas faiz dərəcəsini 0-0,25% həddində saxlamağa qərar verib. İnflyasiyanın artması və əmək bazarının güclənməsi fonunda faiz dərəcəsinə yenidən baxıla bilər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR