“Fiona" qasırğası Kanadanı vurub

“Fiona" qasırğası Kanadanı vurub
# 25 sentyabr 2022 10:04 (UTC +04:00)

Güclü külək və leysan yağışla müşahidə olunan ‘“Fiona” qasırğası Kanadanın şərq sahillərində elektrik enerjisi təchizatı sistemində problemlərə yol açıb.

APA-nın xəbərinə görə, Qasırğaları Müşahidə üzrə ABŞ Milli Mərkəzi ABŞ “Fiona” qasırğasının Müqəddəs Lavrentiya körfəzinə çatdığı barədə məlumat yayıb.

Qasırğa öncə Kanadanın Yeni Şotlandiya və Şahzadə Eduard Adaları əyalətlərini, daha sonra Nyufaundlend əyalətini vurub. Ümumilikdə 414 min insan elektrik enerjisindən məhrum olub. Hələlik xəsarət alanlarla bağlı məlumat açıqlanmayıb.

Meteoroloqlar ‘“Fiona”-nı ölkə tarixində ən güclü qasırğalardan biri sayırlar.

Qasırğanın güclü subasmalara, daşqınlara yol açacağı da proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR