“Ford” loqotipə görə bir sıra modellərin tədarükünü dayandırıb

“Ford” loqotipə görə bir sıra modellərin tədarükünü dayandırıb
# 25 sentyabr 2022 11:03 (UTC +04:00)

ABŞ-ın “Ford” konserni loqotip çatışmazlığına görə dillerlərinə bir sıra modellərin tədarükünü dayandırıb.

APA-nın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, çatışmazlıq “Tribar Technologies” şirkətinin avqust ayında “Ford” loqotiplərinin istehsalını dayandırması ilə bağlıdır.

Loqotipsiz maşınları dillerlərə çatdırmaq mümkün deyil, yetərli sayda müvafiq ölçüdə loqotip tapmaq isə çətindir.

Problem şirkətin “F-Series” kimi məşhur modelini də əhatə edir.

“Ford” şirkətinin rəhbərliyi ənənəvi loqotipi 3D-printerdə hazırlanan loqotiplərlə dəyişməyə cəhd edib, ancaq həmin loqotiplərin də keyfiyyəti yaxşı olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR