FTB Trampın evində axtarış aparıb - YENİLƏNİB

Donald Tramp

© APA | Donald Tramp

# 09 avqust 2022 08:54 (UTC +04:00)

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub.

APA-nın xəbərinə görə, bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı.

1978-ci ildə qəbul edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib.

05.16

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq prezident Donald Trampın evində axtarış aparıb.

APA-nın xəbərinə görə, bu barədə Tramp özü məlumat verib.

“Bu elan edilməmiş axtarış üçün heç bir zərurət yox idi”, - deyə keçmiş prezident bildirib.

Bununla belə, Tramp axtarışın hansə səbəblə keçirildiyi barədə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR