G20 Sammitində Argentina Prezidentinin halı pisləşib

Alberto Fernandes

© APA | Alberto Fernandes

# 15 noyabr 2022 11:55 (UTC +04:00)

İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində iştirak edən Argentina Prezidenti Alberto Fernandesin halı pisləşib.

APA xəbər verir ki, bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o həkimlərə yüksək təzyiq və başgicəllənməsi ilə bağlı müraciət edib.

Həmçinin o da qeyd olunub ki, Prezidentin səhhətində ağırlaşmanın qarşısını almaq üçün diaqnostika aparılır və bu səbəbdən də bu gün keçiriləcək görüşlərdə Argentinanı bu ölkənin XİN rəhbəri Santyaqo Kafyero təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR