Haiti polisi ölkənin ən böyük quldur dəstələrindən birinin liderini məhv edib

Haiti polisi ölkənin ən böyük quldur dəstələrindən birinin liderini məhv edib
# 04 avqust 2022 08:17 (UTC +04:00)

Haiti polsi ölkədə ən böyük quldur dəstəsinini liderlərindən birini məhv edib.

APA xəbər verir ki, bu barədə “EFE” agentliyi məlumat yayıb.

“400 Mawozo” quruplaşmasının liderlərindən birinə qarşı keçirilən əməliyyat paytaxt Port-o-Prens şəhəri yaxınlığında yerləşən Krua-de-Buket bələdiyyəsində baş tutub.bələdiyyəsində məhv edilib.

Onun iki şərikinin də öldürüldüyü, çoxlu sayda silah-sursatın ələ keçirildiyi qeyd edilir.

Dəstə, digər fraksiyalarla ara-sıra münaqişələrdə iştirak edərək bəzi bələdiyyələrdə nəzarəti ələ almışdır.

Onun üzvləri keçən il ABŞ və Kanadadan 17 dini icma üzvünün oğurlanmasında iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR