Haitidə polis idarəsinə hücumda 6 nəfər həlak olub

Haitidə polis idarəsinə hücumda 6 nəfər həlak olub
# 27 yanvar 2023 06:42 (UTC +04:00)

Haitinin paytaxtında güc strukturları ilə silahlı qruplaşmalar arasında toqquşma baş verib.

APA-nın Frans-Presə istinadla xəbərinə görə, Port-o-Prensdə etirazçılar aeroportun uçuş zolağını tutub, həmçinin baş nazirin iqamətgahına soxulmaq istəyiblər. Hadisə nəticəsində ölkədə hava əlaqəsi pozulub.

Bundan əlavə, silahlı şəxslərin paytaxtdakı polis idarəsinə hücumu zamanı 6 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR