Haitidə silahlı hücum nəticəsində azı 12 nəfər həlak olub

Haitidə silahlı hücum nəticəsində azı 12 nəfər həlak olub
# 01 dekabr 2022 05:22 (UTC +04:00)

Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı Kabare kəndində silahlı şəxslər azı 12 nəfəri öldürüb, bir neçə evi yandırıblar.

APA xəbər verir ki, bu barədə “Prensa Latina” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Haitidə sosial və iqtisadi vəziyyət uzun müddətdir ki, yüksək inflyasiya, milli valyutanın dəyərdən düşməsi və yüzlərlə insanın həyatına son qoyan küçə quldur dəstələrinin toqquşması nəticəsində mürəkkəbləşib.

Oktyabrın əvvəlində Haitinin baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətdən silahlı dəstələrə və humanitar böhrana qarşı mübarizədə kömək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR