Hondurasda yeni prezident seçilib

Siomara Kastro

© APA | Siomara Kastro

# 21 dekabr 2021 10:23 (UTC +04:00)

Hondurasda Azadlıq və Yenidənqurma Partiyasının namizədi Siomara Kastro Prezident seçilib.

APA xəbər verir ki, bu barədə Milli Seçki Şurası öz “Tvitter” səhifəsində yazıb.

Noyabrın 28-də baş tutan seçkilərdə seçicilərin 51,12%-i Kastroya səs verib.

Onun əsas rəqibi, hakim Honduras Milli Partiyasının namizədi Nəsri Asfur isə 36,93% seçicinin dəstəyini qazanıb.

Siomara Kastro Honduras tarxinin ilk qadın Prezidenti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR