İğtişaşlar səbəbindən Perunun səkkiz bölgəsində fövqəladə vəziyyət elan edilib

İğtişaşlar səbəbindən Perunun səkkiz bölgəsində fövqəladə vəziyyət elan edilib
# 15 yanvar 2023 18:55 (UTC +04:00)

Peruda şiddətli etirazlar ölkə hakimiyyətini etiraz edilən bölgələrdə fövqəladə vəziyyət tətbiq etməyə məcbur edib.

APA xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Hökumət öz fərmanı ilə yanvarın 15-dən Puno, Kusko, Lima bölgələrində, konstitusiyaya uyğun olan Kallao əyalətində, Apurimac departamentinin Andahuaylas əyalətində, Madre de Dios departamentinin Tambopata və Tahuamanu əyalətləri, eləcə də Torata rayonunda 30 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Fərmanda qeyd olunur ki, polis ölkədə asayişə nəzarəti silahlı qüvvələrin dəstəyi ilə həyata keçirir.

Qeyd edək ki, etirazlarda indiyədək ən azı 48 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR